16:15-də yox, 16:45-də
03.11.2009 - 12:09
16:15-də yox, 16:45-də
Şahin Diniyevin baş məşqçisi olduğu Qroznının “Terek” klubunun Rusiya Premyer Liqasında növbəti oyununun vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, XXVIII tur çərçivəsində Sankt-Peterburqun “Zenit” klubu ilə noyabrın 8-də keçiriləcək səfər oyunu yarım saat gec başlanacaq. Yəni, “Petrovski” stadionunda start fiti əvvəldən planlaşdırıldığı kimi, yerli vaxtla saat 16:15-də yox, 16:45-də çalınacaq.

Qeyd edək ki, iki həftə öncə “Terek”in əsas komandasının baş məşqçisi təyin olunan Diniyev ardıcıl 3-cü səfər matçına çıxmalı olacaq. 43 yaşlı mütəxəssis buna qədər Samarada “Krılya Sovetov”a (0:2) və Moskvada MOİK-ə uduzub (0:1).