“Xəzər-Lənkəran”, “Neftçi”, “Bakı” və digərləri starta!
03.11.2009 - 13:49
Sabah Azərbaycan kuboku uğrunda yarışın 1/8 mərhələsinin startı veriləcək. Apasport.az saytının məlumatına görə, eyni gündə keçiriləcək ilk oyunlarda Unibank Premyer Liqasının təmsilçiləri də iştirak edəcək. Güclülər dəstəsinin hər 12 komandasının ölkə kubokunda mübarizəyə başlaması turnirə marağı daha da artırır. Buna görə də kubokda qalan I divizionun 4 təmsilçisinin yüksək liqa klubları ilə mübarizədə işi çox çətin olacaq. Onların növbəti mərhələyə çıxmaq şansları isə yox dərəcəsindədir. Üstəlik, “Gəncə”, “Şahdağ”, “Bakılı” və “Neftçi İSM” ilk oyunu səfərdə keçirir və cütün taleyinə artıq ilk görüşlərdən sonra aydınlıq gələ bilər.
Qalan 4 cütü isə Premyer Liqa klublarımız təşkil edir və burada mübarizənin gərgin keçəcəyini gözlənilir. “Xəzər-Lənkəran” - “Muğan” və “İnter” – “Karvan” cütündə birincilər aşkar favoritdir. Yeri gəlmişkən, “Xəzər-Lənkəran” və “İnter” kubokdakı rəqiblərinə Premyer Liqanın birinci dövrəsində müvafiq olaraq, 2:0 və 1:0 hesabı ilə qalib gəliblər və sabah da meydan sahibi qismində çıxış edəcəklər. “Muğan”ı cari mövsümdə ilk dəfə məğlub edən, bu komandanın qapısına ilk qol vuran “Xəzər-Lənkəran”ın rəqiblə kubokdakı yolları ötən il də kəsişib. Salyan təmsilçisi hələ NBC adlanan dövrdə keçirilən oyunlarda lənkəranlılar eyni hesablı qələbələr qazanıblar - 3:0.
“İnter”in isə kubokda “Karvan”la haqq-hesabı var. Axı “bank təmsilçisi” tarixində ən böyük hesablı məğlubiyyətini məhz “Karvan”dan alıb. Tofiq Bəhramov adına Respublika stadionunda həmin 1:4 hesablı yenilgi “İnter”in o zamankı ukraynalı baş məşqçisi Anatoli Konkova istefa bahasına başa gəlib. Rəqibinə belə ağır zərbə vuran Yunis Hüseynov indi də “Karvan”ın baş məşqçisidir. Sözügedən oyunda qol vuran yarımmüdafiəçilər - İsmayıl Məmmədovla braziliyalı Markos Fereyra bu yay Yevlax klubuna dönüblər.
“Standard”la “Turan”ın kubok mübarizəsini autsayderlərin qarşıdurması kimi xarakterizə etmək mümkündür. Hər halda, Premyer Liqada turnir cədvəlinin sonunda yer alan bu komandaların “altılığ”a düşmək şansı real deyil və bunun kubokda uğurlu çıxışla sığortalamaq lazımdır. Özü də təqvim elə gətirib ki, “Standard”la “Turan” bir həftə ərzində 3 dəfə görüşməli olacaq. Yəni Premyer Liqanın növbəti turunda bu komandalrın Tovuzda görüşü olacaq və kubok çempionat öncəsi bir sınaqdır.
1/8 final mərhələsində daha bir maraqlı mübarizə “Olimpik-Şüvəlan” və “Qəbələ” arasında olacaq. Bu cütdə şanslar bərabərdir və kimin qalib olacağını bəri başdan demək çox çətindir. “Olimpik-Şüvəlan”ın baş məşqçisi Əsgər Abdullayevin yetirməsi olan Ramiz Məmmədovdan əvəz çıxmaq üçün əlinə yaxşı fürsət düşüb. Belə ki, 3 ildir “Qəbələ”ni çalışdıran 41 yaşlı Məmmədov ötən mövsüm elə “Şəfa” stadionunda qazandığı qələbə sayəsində Abdullayevin komandasının kubokda yolunu bağlayıb. Üstəlik, qəbələlilər cari çempionatda da “Olimpik-Şüvəlan”a zərbə vurub - 2:1. Məmmədov vaxtilə Abdullayevin rəhbərliyi altında milli komandamızda çıxış edib, “Şəfa”da kapitan kimi kuboku başı üzərində qaldırıb.
“Qarabağ”la bağlı da bir məqam. Ölkə kubokun son qalibi olan Ağdam klubu üçün titulunu qorumaq yolunda Qusar “Şahdağ”ı düşərlidir. “Qarabağ” bu komandanı 16 il öncə kubokdan kənarlaşdırdığı zaman sonda turnirin qalibi olmuşdu.
Azərbaycan kuboku, 1/8 final mərhələsi
İlk oyunlar
4 noyabr
14:00. "Olimpik-Şüvəlan" - "Qəbələ"
Baş hakim: Azad Mütəllimov
Bakı. “Şəfa” stadionunda
2008/09 mövsümü: 1/4 final – 1:1, 0:1
14:00. "Qarabağ" - "Şahdağ" (Qusar)
Baş hakim: Rauf Cabbarov
Ağdam. Quzanlı qəsəbə stadionu
1993/94 mövsümü: 1/8 final – 2:0, 2:2
14:00. "Standard" - "Turan"
Baş hakim: Rövşən Əhmədov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
Ölkə kubokunda görüşməyiblər
14:00. "Neftçi" - "Neftçi İSM"
Baş hakim: Zöhrab Əliyev
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Ölkə kubokunda görüşməyiblər
15:00. "Bakı" - "Bakılı"
Baş hakim: Hacıəli Ağayev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Ölkə kubokunda görüşməyiblər
17:00. "Xəzər-Lənkəran" - "Muğan"
Baş hakim: Elnur Muradov
Lənkəran. Şəhər mərkəzi stadionu
2008/09 mövsümü: 1/8 final – 3:0, 3:0
18:00. "Simurq" - "Gəncə"
Baş hakim: Elvin Əsgərov
Zaqatala. “Simurq” stadionu
Ölkə kubokunda görüşməyiblər
18:30. "İnter" - "Karvan"
Baş hakim: Anar Salmanov
Bakı. “Şəfa” stadionu
2005/06 mövsümü: 1/4 final – 1:1, 1:4

0
0