AFFA-nın baş katibi: Problem tezliklə həll olunacaq
03.11.2009 - 13:56
AFFA rəhbərliyi “Neftçi” klubunun və Azərbaycan milli komandasının hərbi xidmətdə olan futbolçusu Elmar Baxşıyevin problemini həll etməyə çalışır. Apasport.az saytının məlumatına görə, AFFA-nın baş katibi Elxan Məmmədov məsələnin yaxın vaxtlarda həllini tapacağını bildirib. Lakin assosiasiya rəsmisi Baxşıyevin karyerasını hansı klubda davam etdirəcəyini açıqlamayıb: “Nəticəni özünüz bu yaxında biləcəksiniz”.
Baş katib AFFA İcraiyyə Komitəsinin ilin sonunadək keçiriləcək iclasında futbolçuların hərbi xidməti ilə bağlı yaranan problemdən çıxış yollarının müzakirəsinin mümkünlüyünü də vurğulayıb: “Hazırda ölkəmizdə futbolçu çoxdur. Digər tərəfdən, Azərbaycanın bütün vətəndaşları hərbi xidmət çəkməlidirlər. Biz elə bir tutarlı sənəd hazırlamalıyıq ki, futbolçuların hərbi xidmət məsələləri ilə bağlı hər hansı problem yaranmasın. Bunu vaxtında həll edə bilsək, müzakirə üçün İcraiyyə Komitəsinin növbəti iclasının gündəliyinə çıxara bilərik”.
Qeyd edək ki, Elmar Baxşıyev hazırda Mingəçevir şəhərindəki N saylı hərbi hissədə qulluq edir.
Mənbə: lent.az

0
0