“Xəzər-Lənkəran”: Çori İlirdən Mario Souzayadək
05.11.2009 - 13:04
Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Muğan”la ilk oyunu “Xəzər-Lənkəran” üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Mario Souzanın 53-cü dəqiqədə vurduğu ikinci top klubun beş illik tarixinə 350-ci qol kimi düşüb. İndiyədək rəsmi yarışlarda 196 oyuna çıxan “ağ-yaşıllar”a müxtəlif rəqibləri 350-ci dəfə məyus etmək üçün təxminən 63 ay vaxt lazım olub. 2004-cü il avqustun 7-də “Xəzər Lənkəran”ın ilk qolunun müəllifi alban Çori İlir olub.
Maraqlıdır ki, komanda ardıcıl ikinci dəfə yubiley qollarını “Muğan”ın qapısından, özü də Azərbaycan kuboku turnirinin 1/8 final mərhələsində keçirib. Təxminən bir il öncə salyanlıları Klaudio Radukanu məyus etmişdisə (300-cü qol), bu dəfə səhnəyə Mario Souza çıxıb.
Qeyd edək ki, “Xəzər-Lənkəran”ın yubiley qollarına dörd yerli və dörd legioner futbolçu imza atıb. Bunlardan yalnız 200-cü və 250-ci qolların müəllifi olan Zaur Ramazanov iki yubileyi rəsmiləşdirib.
“Xəzər Lənkəran”ın yubiley qolları
Qeyd: 1 - yubiley qolu, 2 - müəllif, 3 - turnir, 4 - rəqib, 5 - meydan, 6 - oyunun hesabı, 7 - tarix, 8 - yubiley qolunun dəqiqəsi.
2004/05 mövsümünün çempionatına təsadüf edən “Şəfa” üzərində texniki qələbə (3:0) top fərqində nəzərə alınmır.
mənbə: www.lankaranfc.com

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
1 | Çöri İlir (Albaniya) | çempionat | Turan | s | 1:1 | 07.08.2004 | 26 |
50 | Oqtay Dərəlioğlu(Türkiyə) | çempionat | MOİK | s | 1:0 | 12.04.2005 | 40 |
100 | Xaqani Məmmədov | çempionat | Olimpik | e | 1:0 | 12.02.2006 | 78 |
150 | Vüqar Nadirov | Kubok,1/8 | Bakılı | e | 4:0 | 20.11.2006 | 90+1 |
200 | Zaur Ramazanov | Çempionat | Masallı | s | 3:0 | 18.08.2007 | 88 |
250 | Zaur Ramazanov | Birlik kuboku,final | Paxtakor (Özbəkistan) | n | 4:3 | 27.01.2008 | 43 |
300 | Klaudiu Radukanu (Rumıniya) | Kubok,1/8 | NBC (indiki Muğan) | e | 3:0 | 30.10.2008 | 23 |
350 | Mario Souza (Braziliya) | Kubok, 1/8 | Muğan | e | 3:0 | 04.11.2009 | 53 |

0
0