Yığmamızın futbolçusu oktyabrın ən yaxşısı seçilə bilər
05.11.2009 - 13:36
Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadov postsovet məkanında oktyabrın ən yaxşı futbolçusu olmağa namizəddir. Apasport.az saytının məlumatına görə, Rusiyanın məşhur “Sport-Ekspress” qəzetinin keçirdiyi sorğuda Ağdamın “Qarabağ” klubunun 20 yaşlı hücumçusunun da adı var.
Vaqifin rəqibləri arasında Andrey Şevçenko (Dinamo”, Kiyev), Anatoli Timoşuk (“Bavariya”) kimi tanınmış futbolçular var. Ancaq onlar da həmyerlimiz kimi səsvermədə son yerlərdə qərarlaşıb. Hələlik Şevçenkoya 1683 nəfər (7 faiz), Timoşuka 837 nəfər (3,5 faiz) səs verib. 474 nəfərin səsini (2 faiz) qazanan Cavadov siyahıda yalnız Ukrayna milli komandasının və “Dnepr” klubunun hücumçusu Sergey Nazarenkonu (235 nəfər, 1 faiz) qabaqlayır.
Siyahıda ən çox “Rubin” klubunun futbolçularının olması başa düşüləndir. Hər halda, ardıcıl ikinci çempionluğuna doğru gedən Kazan təmsilçisi Çempionlar Liqasının qrup mərhələsində uğurlu çıxışla, xüsusilə turnirin son qalibi “Barselona” ilə oyunlarda böyük əks-səda doğurub. Argentina milli komandasına çağırılan “Rubin”in yarımmüdafiəçisi Joze Ananidze (10863 nəfər, 44,9 faiz) siyahıya inamla başçılıq edir. Sonrakı iki pilləni də kazanlı futbolçular - “Barselona”nın qapısına “Nou Kamp” stadionunda gözəl qol vuran müdafiəçi Aleksandr Ryazantsev (5524 nəfər, 22,8 faiz) və qapıçı Sergey Rıjikov (4597 nəfər, 19 faiz) tutur.

0
0