Bakıda məyus olan baş məşqçi İsveç yığmasında
05.11.2009 - 14:13
Erik Hamren İsveç milli komandasına baş məşqçi təyin olunub. Apasport.az saytının məlumatına görə, 52 yaşlı isveçli mütəxəssislə 2014-cü ilin sonunadək müqavilə imzalanıb. Hamren baş məşqçi postunda dünya çempionatının seçmə qrup mərhələsi yekunlaşdıqdan sonra istefa vermiş Lars Laqerbeki əvəzləyib. Uzun illərdir milli komandanı çalışdıran Laqerbek 2010-cu il dünya çempionatının seçmə mərhələsində uğursuz çıxış edərək, heç pley-offa da vəsiqə qazana bilməyib.
Son iş yeri Norveçin “Rusenborq” klubu olan Hamren bir ildən çoxdur burada çalışır. Hamren bu il qızıl medal qazandırdığı komandada gələn ilin avqustunadək çalışacaq. Müqavilənin şərtlərinə görə, təcrübəli mütəxəssis göstərilən vaxtadək iki vəzifəni paralel icarə edəcək. Avqustdan sonra isə bütün diqqətini İsveç milli komandasına yönəldəcək.
Qeyd edək ki, “Rusenborq”a gələnədək İsveç və Danimarkada uğurlu nəticələr qazanmış Hamrin vətənində AİK-lə iki il dalbadal (1996-cı və 1997-ci illərdə) və “Erqrüte” ilə (2000-ci ildə) ölkə kubokunu qazanıb. Son iki mövsümdə ölkə çempionu olan isveçli ötən il Danimarkanın “Olborq” klubunun baş məşqçisi postunda buna nail olub. Onun rəhbərlik etdiyi “Rusenborq” isə bu il Avroliqanın ikinci təsnifat mərhələsində “Qarabağ”la bacara bilməyib (0:0; 0:1).

0
0