200 manat ver, sonra oyna
05.11.2009 - 15:54
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, yığıncaqda Azərbaycan Kubokunun 1/8 final mərhələsinin ilk oyunlarında baş vermiş hadisələr müzakirə olunub. Komitə qarşılaşmalar zamanı qeydə alınan yeganə qırmızı vərəqənin müəllifi “Karvan” klubunu cəzalandırıb. “İnter”ə səfərdə 0:4 hesabı ilə uduzan Yevlax klubunun kapitanı İsmayıl Məmmədov 81-ci dəqiqədə meydandan qovulub. Bu səbəbdən “Karvan” 200 manat cərimə ödəyəcək. İsmayıl Məmmədov isə “İnter”lə cavab görüşünə buraxılmayacaq.
0
0