Püşk Azərbaycan milli komandasını Türkiyə ilə üz-üzə qoydu
05.11.2009 - 16:22
Rusiyanın paytaxtı Moskvada yerləşən “Futbol evi”ndə FİFA-nın sabiq vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi turnirin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda ardıcıl ikinci dəfə iştirak edəcək Azərbaycanın 19 yaşadək futbolçularının rəqibləri də müəyyənləşib.
2010-cu il yanvarın 4-dən 10-dək Sankt-Peterburqda baş tutacaq turnirə qatılan 8 komanda həmişə olduğu kimi, yenə 2 qrupda mübarizə aparacaq. Rusiya, Belarus, Belçika, Özbəkistan yığmaları A, milli komandamızla yanaşı Türkiyə, Ukrayna və Finlandiya komandaları B qrupunda yer alıb. Təqvimə əsasən, Bernard Lippertin yetirmələri yanvarın 4-də Ukrayna, 6-da Türkiyə, 8-də isə Finlandiyanı sınağa çəkəcəklər. Yanvarın 10-da A və B qrupunda eyni pillələrdə qərarlaşan kollektivlər müvafiq olaraq, 1-ci, 3-cü, 5-ci və 7-ci yer uğrunda həlledici matça çıxacaqlar.
Qeyd edək ki, bu ilin yanvarında Rusiyaya Yaşar Vahabzadənin rəhbərliyi altında yollanmış milli komandamız 7-ci sırada qalmışdı.

0
0