Mənsimov 500 min avro mükafat vəd verib
05.11.2009 - 18:34
“Bizim öz lojamız var ki, Mübariz Mənsimovla birlikdə orada əyləşmişdik. Lakin Mənsimov “Beşiktaş”ın futbolçularına 500 min avro mükafat vermək istədiyini bildirdiyindən, klub prezidenti olan lojaya keçdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Beşiktaş” klubunun sabiq rəhbərlərindən biri İhsan Kalkavan deyib.
“Palmali” Şirkətlər Qrupunun rəhbəri, “Xəzər-Lənkəran” futbol klubunun fəxri prezidenti Mübariz Mənsimov Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində “Beşiktaş” - “Volfsburq” (0:3) oyununu canlı izləyib. Onunla yanaşı oturmuş Kalkavan stadionda baş verənlərə münasibətini açıqlayıb: “Bizi görüb, məsələdən xəbərdar olan Yıldırım Dəmirörən oyunu elə onun lojasında izləməyimizi təklif etdi. Bu səbəbdən “Volfsburq”la qarşılaşmaya yanaşı baxdıq. Tribunada baş verənlər anlaşılmaz idi. Axı cəmi 4 ay əvvəl elə bu rəhbərlik 2 kubok qazanmışdı. Rəhbərlikdə yer almağa namizədlər də orada idi. Ağlı başında olanlar belə işə girişmişdilərsə, baş verənləri görəndən sonra fikrindən vaz keçər”.
Kalkavan bildirib ki, Mənsimovun “Beşiktaş”ın prezidenti postunda gözü yoxdur: “Mübariz bəyin klub prezidentliyinə namizəd olacağına inanmıram. Onsuz da onun işləri başından aşır. Dünyanın 45 ölkəsində biznesi var. Sadəcə, özü çox yaxşı “Beşiktaş”lıdır”.

0
0