Məşhur rusiyalı məşqçi Azərbaycanda oynayan futbolçunu şərəfsiz adlandırdı
06.11.2009 - 12:13
Rusiyanın ən titullu məşqçisi Oleq Romantsev Azərbaycandan qaçan futbolçunu yada salıb. Apasport.az saytının məlumatına görə, uzun müddət Moskva “Spartak”ını çalışdıran 55 yaşlı mütəxəssis 2004/05 mövsümündə “MKT-Araz”da (İmişli) forma geyinən Artyom Bezrodnının hərəkətlərini xatırlayıb. Həmin Bezrodnı ki, məhz “Spartak”da Romantsevin rəhbərliyi altında uğurlu çıxışı ilə tanınıb və ondan istedadlı futbolçu kimi parlaq karyera gözləyirdilər.
Ancaq işinə peşəkar yanaşmayan Artyom sonradan bunu acısını çəkdi. 2005-ci ildə “MKT-Araz”a gələn futbolçu bir neçə oyun keçirdikdən sonra klubla müqaviləsi olmasına baxmayaraq, ölkəmizdən qaçdı. Hətta bir dəfə Bezrodnı belaruslu komanda yoldaşı Viktor Karasyovla birgə sərxoş halda İmişli qəbiristanlığında yatmış halda aşkarlanıb və ordan qovulub. Artyomun ölkəmizdən gedişi hərbi xidmətlə, pasport problemi ilə əlaqələndirilsə də, bu səbəblər təsdiqini tapmayıb.
Romantsevin sözlərinə görə, Bezrodnının qeybə çəkilməsi hələ “Spartak”da da olub: “Ümid edirdim ki, ondan ikinci Aleksandr Mostovoy çıxacaq. Bezrodnı da onun kimi inadcıl və istedadlı idi. Artyomun Çempionlar Liqasında oyunlarını yada salın! Ancaq o, ikiüzlü və şərəfsiz idi. Bu da onun bədbəxtliyi idi. Onunla xeyli söhbət etdim, nə qədər bağışladım! Ancaq səbr kasam daşdı. İdarə olunmayan insanla necə işləmək olar? Bezrodnı itirdi, sonradan peyda olanda bunun bir daha təkrar olunmayacağına and içirdi. Növbəti gün isə yenidən heç kimi xəbərdar etmədən itə bilərdi”.
Sabiq çalışdırıcı konkret faktla da danışıb: “Bir dəfə Artyom məşqdə yoxa çıxanda məsələni aydınlaşdırmağa başladıq. Komandamızın inzibatçısı dedi ki, Bezrodnı evinə, Ukraynanın Sumı şəhərinə yollanıb. Artyoma zəng edib, anasının xəstələndiyini deyiblər. Komandadan anasına zəng edəndən sonra məlum olur ki, futbolçunun nə izi var, nə tozu. Anasının sözlərinə görə, səhhəti qaydasındadır, oğlu ona zəng vurmayıb. İki gün keçsə də, Bezrodnıdan xəbər-ətər yoxdur. Sonradan öyrənirik ki, Artyom aldığı maşınla Sumıda gəzməyi qərara alıb”.
“Spartak”da xeyli müddət rəhbərliyi altında oynadığı azərbaycanlı futbolçu Ramiz Məmmədov haqda da danışan Romantsev onun da it-bat olduğunu gizlətməyib. Ancaq təcrübəli mütəxəssisin sözlərinə görə, Bezrodnı ilə müqayisədə Məmmədov abırlı imiş. Yəni futbolçu hərdən içib, yoxa çıxsa da, tezliklə peyda olurmuş: “Vacib oyun öncəsi üç aparıcı futbolçum yoxa çıxdı. Valideynlərinə, həyat yoldaşlarına zəng etsəm də, sanki qeybə çəkiliblər. Jurnalistlərə xəstələndiklərini deyirəm. Ancaq özüm də bilmirəm ki, nə edim. Həmin üç futbolçu oyuna gəlmədi və onlarsız qələbə qazandıq. Bir gün keçəndən sonra gözləri şişmiş halda gəlib çıxıb deyirlər ki, içdik, həddimizi keçdik, içkidən ayrıla bimədik... Ancaq bunlar Ramiz Məmmədovla İlya Sımbalar deyildi. Onlar bir gün itirdilər”.

0
0