“Xəzər-Lənkəran” - “Neftçi” oyunu televiziyaya lazım deyil
06.11.2009 - 12:52
Azərbaycan Premyer Liqasının daha iki oyunu canlı yayımlanacaq. Apasport.az-ın PFL-in rəsmi internet saytına istinadən məlumatına görə, X turun Bakıda baş tutacaq qarşılaşmalarından ikisi televiziya ilə göstəriləcək.
Futbol azarkeşləri sabah saat 14:00-da başlayacaq "Bakı" - "Karvan" oyununu "İdman Azərbaycan", saat 17:15-də start götürəcək "İnter" - "Qarabağ" oyununu isə AzTV-nin canlı efirində izləyə bilərlər.
Turun yayımlanmayan oyunları sırasında “Xəzər-Lənkəran” – “Neftçi” matçı da var. Mövsümün əvvəlindən bölgələrdən də matçlar yayımlayan televiziya mövsümün ən prinsipial görüşlərindən birini azarkeşlərə nümayiş etdirməməyə qərar verib.

0
0