Şahin Diniyev: Qələbəyə can atmadan nəyəsə nail olmaq çətindir - MÜSAHİBƏ
06.11.2009 - 15:55
Şahin Diniyevin Qroznının “Terek” klubunun baş məşqçisi postunda üçüncü sınağı UEFA kuboku və Superkubokunun qalibinə qarşı olacaq. Apasport.az saytının məlumatına görə, həmyerlimizin komandası bazar günü Sankt-Peterburqda yerli “Zenit” klubunun özünə çıxacaq. 2007-ci ilin Rusiya çempionu ilə qarşılaşma “Petrovski” stadionunda Bakı vaxtı ilə saat 17:45-də başlayacaq. Diniyev “Terek”in sükanı arxasında olduğu üç həftədə hər üç görüşü rəqib meydanında keçirib. O, “Zenit”lə görüş öncəsi klubunun rəsmi saytına müsahibə verib.
- Asan olmayan rəqiblə - “Zenit”lə oyuna hazırlıq necə gedir?
- Bizi heç də asan oyun gözləmir. Bu, ardıcıl üçüncü səfər matçımız olacaq. Özü də hər oyundan oyuna rəqib daha da ciddiləşir. İndiki vəziyyətdə MOİK “Krılya Sovetov”dan güclüdür. Növbədə isə daha güclü rəqib - “Zenit”dir. Moskva ilə müqayisədə Sankt-Peterburqda daha çətin olacaq. Ancaq onu deyə bilərəm ki, hər oyundan oyuna daha yaxşı, inamlı təsir bağışlayırıq.
- Komandada zədə baxımdan vəziyyət necədir?
- Sizi şad edə bilərəm. Zədəlilərlə bağlı vəziyyət bir müddət əvvəllə müqayisədə yaxşıdır. Sankt-Peterburqda bizə Ediyevlə Brakamonte kömək edə bilməyəcək. Həkimlərimiz ciddi iş aparırlar. Ümid edirik ki, onlar 29-cu tur çərçivəsində “Kuban”la ev oyunumuza qədər sıraya dönə biləcəklər.
- “Terek”in ağı təqvimi var – ciddi rəqiblərlə ardıcıl üç səfər oyunu. Qalan iki turda “Kuban” və Nalçik “Spartak”ı ilə görüşlərdə asan olacaq?
- Rusiya Premyer Liqasında oyunlar asan və ağır görüşlərə bölünmür. Bütün matçlar çətindir. Kiminlə oynamağından asılı olmayaraq, bütün oyunlara köklənmək lazımdır. Həm “Kuban”a, həm “Ximki”yə, həm də “Zenit”ə qarşı oynamaq çətindir. Bizim futbolçuların məşqlərdə çalışmasından razıyam. Əzmkarlıq, istək var. Uşaqlar oyundan-oyuna artırırlar. Komandanın böyük potensialı var. Hər oyunda əzmkarlıq olmadan, qələbəyə can atmadan nəyəsə nail olmaq çətindir. Bu gün futbolda ustalıq səviyyəsi kifayət deyil. Futbolçulardan hər oyun epizodunda əzmkarlıq tələb olunur. Həmçinin komandada sağlam ab-hava, komanda ruhunun olması da vacibdir.
- Klubun gənc yetirmələri olan Sadayev, Katsayev və Utsiyevin oyunu necə qiymətləndirərdiniz?
- Onlar çox perspektivli futbolçulardır. Öz potensiallarını hələ sona qədər açmayıblar. Hələ əsaslı surətdə işləməlidirlər. Əgər futbolda da işlərinə ciddi yanaşsalar, məşqlərdə çox əmək sərf etsələr, böyük uğur qazana bilərlər. Mən buna əminəm.

0
0