“Xəzər-Lənkəran” rekordçusuna qarşı
07.11.2009 - 00:00
“Neftçi” klubunun yarımmüdafiəçisi Rəşad Abdullayev üçün Azərbaycan Premyer Liqasının növbəti turu prinsipial əhəmiyyət kəsb edəcək. Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçu rekordçusu olduğu “Xəzər-Lənkəran” klubuna qarşı oynayacaq. Rəşad bazar günü ona çox yaxşı tanış olan, çılğın lənkəranlı azarkeşlərlə görüşdə meydana çıxsa da, bu dəfə rəqib komandanın heyətində yer alacaq. Abdullayev 2004-cü ilin yayından şərəfini qoruduğu “Xəzər-Lənkəran”ın heyətində ümumilikdə 155 oyun keçirib və komandanın heyətində 100 oyun həddini aşan ilk futbolçu kimi tarixə düşdü ki, rəhbərlik bunu xüsusi hədiyyə ilə qiymətləndirdi. Əslində sağ cinah yarımmüdafiəçisinin daim meydana çıxdığını nəzərə alsaq, oyun sayı bundan çox olmalı idi. Ancaq ötən qış Türkiyədə hazırlıq oyununda ağır zədə alan Rəşad uzun müddət yaşıl meydandan kənarda qaldı və nəticədə ikinci dövrəni boşa verdi.
Hər halda, Abdullayevin şəksiz rekordu hələ xeyli müddət əlçatmaz qalacaq. Düzdür, Rəşadın ən yaxın izləyicisi Alim Qurbanov 5 ildir çıxış etdiyi Lənkəran təmsilçisinin heyətində qalıb. Ancaq məsələ ondadır ki, hesabında 132 oyun olan 32 yaşlı Alim daha çox ehtiyatda qalır və meydana nadir hallarda çıxır. Belə ona halda, Qurbanova uzun illər komanda yoldaşı olduğu Abdullayevə çatmaq heç də asan olmayacaq.
Rəşadı “Xəzər-Lənkəran”da çıxış etdiyi dövrdə intizamlı futbolçu saymaq olar. Hər halda, 5 ildə 31 sarı vərəqə alan futbolçu heç vaxt meydandan qovulmayıb. Lənkəran klubunun heyətində rəqib qapısına 18 qol vuran yarımmüdafiəçi bu göstəricidə yalnız Zaur Ramazanovdan (44 top) geri qalır.
Yeri gəlmişkən, Abdullayev bu qollardan 2-ni indiki komandasına vurub. “Xəzər-Lənkəran”ın evdə “Neftçi”yə vurduğu sonuncu qolun müəllifi məhz Rəşaddır. Onun “ağ-qaralar”a vurduğu ilk qolun çəkisi isə daha böyükdür. Məsələ ondadır ki, “Xəzər-Lənkəran” “Neftçi” üzərində 5 ildə səfərdə yeganə qələbəsini məhz Abdullayevin Tofiq Bəhramov adına Respublika stadionunda vurduğu qələbə topu sayəsində qazanıb – 1:0. Lənkəranlıların hazırkı çalışdırıcısı Ağasəlim Mircavadova həmin tarixi qalibiyyəti qazandıran Rəşad bu dəfə ona rəqib olacaq.
Abdullayevin Lənkəranda keçiriləcək görüşdə iştirakı digər maraqlı məqamla da bağlıdır. Belə ki, “Xəzər-Lənkəran”la “Neftçi” arasındakı oyunlarda qol vuranlardan yalnız Rəşad növbəti matçda meydana çıxacaq. Düzdür, Zaur Tağızadə hazırda da “Neftçi”dədir və Lənkəranda oynaya bilərdi. Ancaq komandanın kapitanının aldığı növbəti zədə və cərrahiyyə əməliyyatı buna imkanı vermir. Abdullayev Tağızadənin yoxluğunu onun mövqeyində, yarımmüdafiənin sağ cinahında oynamaqla unutdurmalıdır.
Qeyd edək ki, Rəşad “Xəzər-Lənkəran”ın bütün mükafatlarına sahib çıxıb. O, iki dəfə ölkə kuboku, bir dəfə ölkə çempionluğu, gümüş medal və “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku”nu qazanıb. Abdullayevin futbolçu karyerasında Lənkəran təmsilçisinə gələnə qədər, yəni “Xəzər Universiteti” klubunda heç bir mükafatı olmayıb. Yarımmüdafiəçi bu yay “Xəzər-Lənkəran”dan daha əyalətdə oynamamaq, yenidən paytaxtda çıxış etmək istəyi ilə getdi. Rəşad “Neftçi”yə yaxşı tanıdığı, hələ “Xəzər Universiteti”ndə rəhbərliyi altında oyandığı sabiq baş məşqçi Böyükağa Ağayevin dəvətini qəbul etmişdi.

0
0