“Mircavadov müəllimim olub, onun qarşısına komanda çıxarmaq məsuliyyətli işdir”
06.11.2009 - 17:04
“İndiyədək “Neftçi”nin “Xəzər-Lənkəran”la derbi oyunlarını kənardan izləsəm də, bu dəfə vəziyyət fərqlidir. Artıq baş məşqçi kimi komandaya cavabdehəm. Bu, məsuliyyətimi xeyli artırır”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Vaqif Sadıqov deyib.
“Ağ-qaralar”ın sükanı arxasına qayıdandan sonra derbi oyunun həyəcanını yaşayan 50 yaşlı mütəxəssisin növbəti ciddi sınağı Lənkəranda olacaq. Bazar günü “Xəzər-Lənkəran”la səfər oyununa çıxacaq Sadıqov üçün ilk növbədə nəticə vacibdir: “Artıq bir dəfə - “Bakı” ilə görüşdə derbi oyunum olub və qalib gəlmişik. İnanıram ki, ən azı həmin oyunu göstərə biləcəyik. Bu gün bizim nəticə üçün çox vacibdir. Çünki “Neftçi”nin xal itkiləri çox olub və bunu bərpa etmək lazımdır. Bu vəzifəni yerinə yetirməliyik. Sözsüz ki, “Xəzər-Lənkəran” “altılıq” uğrunda mübarizədə əsas rəqiblərimizdəndir. Bütün bunları nəzərə alsaq, bizə Lənkərandakı görüşdə daha çox nəticə lazımdır. “Xəzər-Lənkəran”la matçın 3 yox, 6 xallıq oyun olması fikri ilə razılaşıram”.
Sadıqov “Xəzər-Lənkəran” yaranan vaxtdan onun şərəfini qoruyan, cari mövsümdən isə “Neftçi”də çıxış edən Rəşad Abdullayevə güvənir. O, təcrübəli yarımmüdafiəçinin Lənkəranda özünü ən yaxşı tərəfdən göstərmək üçün əlindən gələni edəcəyini düşünür: “Buna şübhə etmirəm. Rəşad təcrübəli, peşəkar futbolçudur. Hesab edirəm ki, peşəkarlığını nümayiş etdirəcək, adını qoruyub saxlayacaq. Düzdür, Abdullayev uzun müddət “Xəzər-Lənkəran”da oynayıb, lənkəranlı azarkeşlərə doğma futbolçu olub. Ancaq indi “Neftçi”də çıxış edir. Rəşad bütün bunları yaxşı başa düşür və adını saxlamaq üçün Lənkəran stadionunda əlindən gələni edəcək. Hər bir futbolçu hazırda şərəfini qoruduğu klubun məqsədini güdməlidir”.
“Neftçi” indiyədək Lənkəranda qələbə qazansa da, bu, Olimpiya İdman Kompleksinin stadionunda olub. Ancaq “ağ-qaraları” iki gün sonra meydana çıxacaqları Lənkəran mərkəzi stadionunda məğlubiyyətlərə düçar olub. Bütün bunlardan xəbərdar olan Sadıqov uğursuz ənənəyə son qoymaqla tarixə düşə bilər: “Adətən tarixi insanlar, futbolçular, məşqçilər yazırlar. Çalışacağıq ki, “Neftçi” üçün yeni səhifə açaq. Mən buna nail ola biləcəyimizə inanıram. Lənkəranda müsbət nəticə əldə edəcəyimizə səy göstərəcəyik”.
Sadıqov “Neftçi”yə qayıdandan sonra keçmiş tələbələri – Qurban Qurbanov (“Qarabağ”), Ramiz Məmmədov (“Qəbələ”), Yunis Hüseynov (“Karvan”), eyni zamanda “Qalatasaray”ın sabiq baş məşqçisi Bülənt Korkmazla (“Bakı”) görüşüb. Bu dəfə onu daha təcrübəli həmkarı, “Xəzər-Lənkəran”ın 62 yaşlı çalışdırıcısı Ağasəlim Mircavadov sınağa çəkəcək: “Onu deyə bilərəm ki, Ağasəlim müəllim mənim müəllimimdir. Futbol karyeram dövründə rəhbərliyi altında oynamışam. Bu dəfə onunla baş məşqçi kimi görüşəcəyəm. Mircavadovun qarşısına komanda çıxarmaq həm şərəfli, həm də məsuliyyətli işdir”.
Qeyd edək ki, Sadıqov SSRİ dövründə “Neftçi”də Mircavadovun rəhbərliyi altında oynayıb. Mircavadov milli komandamızın baş məşqçisi olduğu ilk seçmə mərhələdə gənc həmkarı 21 yaşlılardan ibarət yığmamızı çalışdırıb.

0
0