Bülənt Korkmaz: Harri Kyuelli komandamda görmək istəyirəm
06.11.2009 - 17:27
Bülənt Korkmaz: Harri Kyuelli komandamda görmək istəyirəm
“Bakı” klubunun baş məşqçisi Bülənt Korkmaz Harri Kyuelli yenidən sərəncamında görmək istəyir. Apasport.az saytının məlumatına görə, 41 yaşlı türkiyəli mütəxəssis “Qalatasaray”ı çalışdırdığı vaxtda Avstraliya yığmasının da üzvü olan təcrübəli yarımmüdafiəçi ilə işbirliyindən razı qalıb.

Cari mövsüm bitəndən sonra Kyuellin “Qalatasaray”la yollarını ayıracağı barədə müzakirələr gündəmə gəlib. Bu mənada türkiyəli həmkarlarımız Korkmaza Harrinin “Bakı”ya keçmək perspektivi ilə bağlı sual ünvanlayıb: “Kyuell həqiqətən də peşəkardır, çox yaxşı futbolçudur. “Qalatasaray”ın onu buraxacağına inanmıram. Harri zədəli olmasına rəğmən, əlindən gələnin ən yaxşısını edir. Təbii ki, Kyuell kimi oyunçunu komandamda görmək istərdim”.

Qeyd edək ki, Korkmaz Türkiyədən bir neçə futbolçu ilə danışıqlar aparıldığını, lakin hələ qəti qərarın olmadığını bildirib.