Bülənt Korkmaz: Gəncliyimdə çox ciddi səhvlər etmişdim
07.11.2009 - 00:09
Bülənt Korkmaz: Gəncliyimdə çox ciddi səhvlər etmişdim
“Arda istedadlı futbolçudur. Mən də gəncliyimdə çox ciddi səhvlər etmişdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Bülənt Korkmaz deyib.

“Qalatasaray”ın əfsanələrindən olan türkiyəli çalışdırıcı bir müddət əvvələdək rəhbərlik etdiyi komandanın kapitanı Arda Turanla bağlı fikirlərini açıqlayıb. 41 yaşlı mütəxəssis həmyerlisinin daim hoqqalarla gündəmə gəlməsini futbolçunun yaşı ilə bağlayır: “Ardanın “Qalatasaray”ın kapitanı olmasını klub prezidenti Adnan Polata mən demişdim. Rəhbərlik də sarğını ona həvalə etmişdi. Hər futbolçunun oyununda eniş dövrü olur. Ardada da bunun müşahidə olunması təbiidir. Arabir elə açıqlamalar verir ki, bunlarla özünü də üzür. Bu futbolçuya sahib çıxmaq lazımdır. Bir futbolçunun hər hərəkəti ilə gündəmə gəlməsi onun oyununa da təsir edir. Arda kapitanlığı layiqincə daşıya bilən oyunçudur”.