“Neftçi” klubunun sabiq baş məşqçisi: Onun futboldan başı çıxır?
07.11.2009 - 11:13
“Neftçi” klubunun sabiq baş məşqçisi: Onun futboldan başı çıxır?
Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela əvvəllər çalışdığı ölkələrdəki prosesləri diqqətlə izləyir. Apasport.az saytının məlumatına görə, çexiyalı mütəxəssis Azərbaycana gəlməzdən öncə işlədiyi Rusiya “Zenit”inin də çıxışlarına biganə qalmayıb. Sankt-Peterburq klubunun hazırkı durumu ilə bağlı müsahibə verən Petrjela Rusiya Futbol İttifaqında (RFİ) baş verməsi gözlənilən islahatlar haqda maraqlı fikirlər söyləyib.

“Eşitmişəm ki, Rusiya prezidenti Dmitri Medvedev futbol ittifaqının rəhbəri Vitali Mutkonun istefa verməsini istəyir. Mənim özümə də maraqlıdır ki, Mutko prezidentə niyə mane olub? Deyəsən onun yerinə Sergey Fursenko əsas namizəddir. Düzü, bu, mənə təəccüblü gəldi. Prezident postuna Fursenkonun namizəd olacağını gözləmirdim. Onun haqda pis heç nə deyə bilmərəm. Düzgün, verdiyi sözə əməl etməyə çalışan adamdır. Mən onu belə xatırlayıram. Bəs onun futboldan başı çıxırmı? Bu çox çətin sualdır. Səmimi cavab versəm, Fursenko inciyər” - deyə Petrjela vurğulayıb.

Qeyd edək ki, Petrjela 2007-ci ilin dekabrından 2008-ci ilin yanvarınadək “Neftçi”nin baş məşqçisi olub.