“Fırtınalar meydanı”nda fırtına qopmadı
08.11.2009 - 19:00
“Fırtınalar meydanı”nda fırtına qopmadı
Azərbaycan Premyer Liqasının X turu qonaqların fiaskosu ilə nəticələndi. Apasport.az saytının məlumatına görə, qonaq komandalar hesabat turunda qələbəyə həsrət qaldı. Bu azmış kimi, onlar 6 görüşdə yalnız bir dəfə meydan sahiblərinin qapısına yol tapdı.

Həmin qolun müəllifi “Qarabağ” klubunun və milli komandanın yarımmüdafiəçisi Rəşad Sadiqov oldu. Bu, qonaqlar üçün cari çempionatda ən böyük uğursuzluq oldu. Yəni, arxada qalan 9 turda meydan sahiblərinin heç olmasa, ən azı bir dəfə uduzması müşahidə olunub. Bu dəfə qonaqların imicini “Neftçi” qorudu. Belə ki, səfərdə çıxış edən komandalar arasında yalnız “ağ-qaralar” xal qazana bildi.

Flaqmanın “Xəzər-Lənkəran”la keçirdiyi görüş başqa məqamla da tarixə düşdü. Belə ki, qollarla kasad olan turun (6 oyuna 13 qol) derbi oyununda ilk dəfə səssizlik oldu. Yəni “Xəzər-Lənkəran”la “Neftçi” arasında buna qədər keçirilmiş 11 oyunda mütləq qol vurulardı. İlk dəfə derbidə iştirak edən “Neftçi”nin baş məşqçisi Vaqif Sadıqov debütdə xal qazandısa, onun müəllimi olmuş təcrübəli həmkarı Ağasəlim Mircavadov (“Xəzər-Lənkəran”) derbiyə qayıdışını qələbə ilə qeyd edə bilmədi. 62 yaşlı Mircavadov derbidə yalnız ötən mövsüm işsiz qaldığı vaxtda iştirak etməyib. O, derbidə həm ən çox iştirak edən, həm də hər iki komandanın sükanı arxasında olmuş mütəxəssisdir.

“İnter” “Qarabağ” üzərində qazandığı qələbə ilə vahid lider oldu. Bununla da “bankirlər” rəqibi ilə xalları bərabər olsa belə onu qabaqlayacaq. Çünki Premyer Liqanın əsasnaməsinə görə, bu halda, şəxsi oyunlar əsas götürülür. “Qarabağ” məhz buna görə turnir cədvəlində 2-ci yeri də əldən verməli oldu. Bu da həmin pilləni ələ keçirən “Simurq”a səfərdə məğlubiyyətlə (0:1) bağlıdır.

Ölkə kubokunu da nəzərə alsaq, Bülənt Korkmazın rəhbərliyi altında ardıcıl 3-cü qələbəsini qazanan “Bakı” cari mövsümdə ən böyük irəliləyiş etdi. Turnir cədvəlində 7-ci pilləyə yüksələn son ölkə çempionunun hesabında hələ bir oyun var. “Altılığ”a yaxınlaşan Korkmazın komandası “Xəzər-Lənkəran”la təxirə salınmış oyunda qalib gəlsə, cənubluları sıxışdırıb çıxaracaq.

Əvəzində “Muğan”ın ən böyük geriləyişi diqqət çəkdi. Belə ki, mövsümün startında lider olan Salyan təmsilçisi 10-cu pilləyə düşüb və artıq təhlükəli zonadadır. “Muğan”ın “Turan”la xalları eyni olsa da, rəqibinə uduzduğu üçün tovuzlulardan geri qalır. Çempionatda ardıcıl ikinci qələbəsini qazanan “Turan” “Standard”dan ölkə kubokunda məğlubiyyətin əvəzini çıxdı. Sumqayıt təmsilçisi rəqibini kubokun 1/8 final mərhələsində məğlub (3:1) etmişdi. İndi “Turan”la “Standard” Tovuzda iki gün sonra kubokda münasibətlərini ayırd edəcək.

8 noyabr

“Olimpik-Şüvəlan” – “Simurq” - 0:3
QOLLAR: Elşən Məmmədov, 50; Ruslan Qunçak, 68 (penalti ilə); Nikolay Petrov, 77
Baş hakim:Anar Salmanov
Bakı. “Şəfa” stadionu
68-ci dəqiqədə meydan sahibləri azlıqda qalır. Baş hakim Vasif Haqverdiyevə ikinci sarı vərəqə göstərərək, meydandan qovur.

“Turan” – “Standard” - 3:0
QOLLAR: Nadir Nəbiyev, 7; Samir Musayev, 12; Rəşid Həsənov, 39
Baş hakim:Elçin Məmmədov
Tovuz. Şəhər stadionu

“Xəzər-Lənkəran” – “Neftçi” - 0:0
Baş hakim: Rövşən Əhmədov
Lənkəran. Mərkəzi stadion

7 noyabr

“Bakı” – “Karvan” -1:0
QOL: Jaba, 83
Baş hakim: Azad Mütəllimov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

“Qəbələ” – “Muğan” - 3:0
QOLLAR: Tomaş Stolpa, 32; 42; Qoqo Beraya, 88
Baş hakim: Əfqan Həmzəyev
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası

“İnter” – “Qarabağ” - 2:1
QOLLAR: Poşkus, 58; Roşa, 67 - Sadiqov, 87
Baş hakim: Fariz Yusifov
Bakı. “Şəfa” stadionu

N

Komandalar

O

Q

H

M

T

X

1

İnter

10

7

2

1

21-10

23

2

Simurq

10

6

2

2

13-8

20

3

Qarabağ

10

6

2

2

9-5

20

4

Qəbələ

10

5

2

3

13-12

17

5

Neftçi

10

5

1

4

8-6

16

6

Xəzər-L

9

4

3

2

10-5

15

7

Bakı

9

4

1

4

6-6

13

8

Olimpik-Ş

10

3

3

4

11-14

12

9

Turan

10

3

2

5

13-14

11

10

Muğan

10

3

2

5

7-15

11

11

Karvan

10

1

2

7

10-15

5

12

Standard

10

0

2

8

7-18

2


Bombardir: Anatoli Doroş (“Olimpik-Şüvəlan”) – 6.