Berti Foqts Bülənt Korkmaza irad tutdu
08.11.2009 - 00:51
“Bu görüşü bir o qədər də bəyənmədim. Çünki əvvəllər bu komandaların ifasında daha maraqlı oyunlara şahid olmuşam”. Apasport.az saytının xəbərinə görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.
Alman çalışdırıcı “Bakı” - “Karvan” qarşılaşmasından sonra jurnalistlərin suallarını cavablandırarkən maraqlı açıqlama verib. Onun fikrincə, paytaxt təmsilçisinə rəhbərlik edən türk həmkarı Bülənt korkmaza vaxt vermək lazımdır: “O tanınmış insandır. Düşünürəm ki, “Bakı”da zamana ehtiyacı var. Amma təəssüf ki, o yalnız iki yerli futbolçuya şans verir. Çox istərdim ki, Azərbaycanda yaxşı futbolçuların olmasını yada salsın”.
Foqts bu gün baş tutacaq “Xəzər Lənkəran” - “Neftçi” matçını izləmək üçün Lənkərana yollanmayacağını da bildirib: “Xeyr, sabah “Xəzər Lənkəran” - “Neftçi” deyil, “Olimpik-Şüvəlan” - “Simurq” oyununa baxacağam. Bu komandaların heyətlərində bir neçə milli üzvü çıxış edir”.

0
0