Kostadin Cambazov “Xəzər Lənkəran”ın düşərgəsini tərk etdi
08.11.2009 - 00:59
Kostadin Cambazov “Xəzər Lənkəran”ın düşərgəsini tərk etdi
Bolqarıstanlı futbolçu Kostadin Cambazov “Xəzər Lənkəran” klubunun düşərgəsini tərk edib. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, müdafiəçi ailə problemləri ilə əlaqədar ölkəsinə yollanıb. Bu səbəbdən Cambazov Premyer Liqanın X turu çərçivəsində bu gün “Neftçi”yə qarşı keçiriləcək matçda oynamayacaq.