Ağasəlim Mircavadov təəssüflənir, Vaqif Sadıqov isə sevinir
08.11.2009 - 20:52
Ağasəlim Mircavadov təəssüflənir, Vaqif Sadıqov isə sevinir
“Biz bu gün 2 xal itirdik. "Neftçi" isə 1 xal qazandı. Oyun bizim üçün yaxşı alınmadı". Apasport.az saytının xəbərinə görə, bu sözləri “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Ölkə çempionatının X turunda "Neftçi" ilə 0:0 hesablı heç-heçədən sonra cənubluların çalışdırıcısı rəqibin heyətində müdafiəçilərin və qapıçının inamlı oyununu vurğulayıb.

“Neftçi” klubunun baş məşqçisi Vaqif Sadıqov isə vurğulayıb ki, qazanılan 1 xala görə sevinir: “Öncədən də dediyim kimi, bu oyunda bizi məğlubiyyətdən başqa istənilən nəticə qane edərdi. Güclü rəqiblə oyunda bərabərlik aldıq, səfər oyununda qazanılan 1 xala görə sevinirik".