“Xəzər-Lənkəran”ın sahibi Miroslav Klozeni alır
09.11.2009 - 10:05
“Xəzər-Lənkəran”ın sahibi Miroslav Klozeni alır
“Xəzər-Lənkəran”ın sahibi, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun “Beşiktaş” üçün almaq istədiyi futbolçunun adı məlum olub. Apasport.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, İstanbul təmsilçisinin prezidenti Yıldırım Dəmirörənə 30 milyon dollardan ucuz olmayan dünya səviyyəli oyunçu söz verən azərbaycanlı iş adamının hansı transferi nəzərdən keçirdiyi üzə çıxıb.

Belə ki, Mənsimov Almaniya yığmasının və “Bavariya” klubunun hücumçusu Miroslav Klozeni almaq fikrindədir. 31 yaşlı Polşa əsilli futbolçu gələn ilin yanvarında keçiriləcək prezident seçkiləri ərəfəsində Dəmirörənin kürsüsünü möhkəmlətməsinə xidmət edən hədiyyə olacaq. Hazırda klubunda Mario Qomes və İvitsa Oliçin kölgəsində qalan Klozenin də “Beşiktaş”a keçməsinə müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, Miroslav 2002-ci il dünya çempionatının ən yaxşı bombardiri olub. O dünya çempionatının son seçmə mərhələsinin hər iki oyununda Azərbaycan yığmasının qapısına qol vurub.