Emin Ağayev hara gedir?
09.11.2009 - 12:16
Emin Ağayev hara gedir?
Azərbaycan yığmasının sabiq futbolçusu Emin Ağayev Tverin “Volqa” klubundan ayrıla bilər. Apasport.az saytının məlumatına görə, Rusiya çempionatının II divizionunda mövsüm bitəndən sonra 36 yaşlı müdafiəçi klubsuz qalıb.

Belə ki, tverlilər gələn il üçün təxmini heyəti müəyyənləşdirsə də, Ağayev orada yer almayıb. “Volqa” ilə anlaşması qalan oyunçuların yer aldığı siyahıda həmyerlimizin olmaması onun müqaviləsinin bitməsi ilə bağlıdır. Klubu ilə yeni razılıq əldə etməyən Emin 2009-cu ildə kapitanı və ən yaxşı oyunçusu olduğu komandada qalarsa, Rusiya kubokunun 1/4 finalında mübarizə aparacaq.