“Barselona”dan Runiyə rekord təklif
09.11.2009 - 15:07
“Barselona”dan Runiyə rekord təklif
İspaniyanın “Barselona” klubunun rəhbərliyi İngiltərə yığması və “Mançester Yunayted”in futbolçusu Ueyn Runinin xidmətində maraqlıdır. Apasport.az saytının məlumatına görə, kataloniyalılar 24 yaşlı yarımmüdafiəçinin müqabilində 85 milyon funt-sterlinq xərcləməyə hazırdırlar.

Britaniya mətbuatının iddiasına əsasən, “Barselona” rəsmiləri 2010-cu ildə keçiriləcək dünya çempionatının final mərhələsində Runinin ulduzunun parlayacağını düşünürlər. İngilis futbolçunun transferində digər məqsəd isə əzəli rəqib “Real”ın məxsus olduğu rekordu qırmaqdır. Belə ki, “kral klubu” bu ilin yayında portuqaliyalı Kriştianu Ronaldonu 80 milyon funt-sterlinqə alaraq, dünya futbolunun ən bahalı transferinə imza atıb.

“Barselona” rəhbərliyi “Mançester Yunayted”in maliyyə böhranı yaşadığına görə, Runinin keçidinə əngəl törətməyəcəyini fikirləşir. Eyni zamanda yarımmüdafiəçinin həyat yoldaşı, bu yaxınlarda ana olmuş Kolinin İspaniyaya köçməyə razılaşmayacağı da mümkün variantlar içərisindədir.