Berti Foqts Dubaya 21 futbolçu aparır
09.11.2009 - 15:13
Berti Foqts Dubaya 21 futbolçu aparır
Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, baş məşqçi Berti Foqts noyabrın 12-dən 19-dək Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçiriləcək təlim-məşq toplanışı və beynəlxalq turnirə 21 futbolçu aparacaq.

Alman mütəxəssis uzun fasilədən sonra milliləşən braziliyalı yarımmüdafiəçi Fabio Luis Ramimlə gənc Tural Cəlilovu milliyə qaytarıb. Hər iki orta sahə oyunçusu məhz Foqtsun dövründə yığmada debüt edib. Əvəzində hələ də zədəli olan Rəşad Sadıqov heyətdən kənarda qalıb. U-21-in futbolçuları Bəxtiyar Soltanov və ilk dəfə Foqtsun diqqətini cəlb edən Əfran İsmayılov isə ehtiyat oyunçular sırasında yer alıb.

Qapıçılar: Fərhad Vəliyev (“Qarabağ”), Kamran Ağayev (“Xəzər-Lənkəran”), Səlahət Ağayev (“İnter”)

Müdafiəçilər: Elnur Allahverdiyev, Maksim Medvedev (hər ikisi “Qarabağ”), Vladimir Levin (“İnter”), Rail Məlikov, Ruslan Abışov (hər ikisi “Neftçi”), Ernani Pereyra (“Karvan”)

Yarımmüdafiəçilər: Rəşad Sadiqov, Elvin Məmmədov (hər ikisi “Qarabağ”), Samir Abbasov, Aleksandr Çertoqanov, Mahir Şükürov (hamısı “İnter”), Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”), Zeynal Zeynalov (“Standard”), Fabio Luis Ramim (“Bakı”), Tural Cəlilov (“Simurq”)

Hücumçular: Vaqif Cavadov, Vüqar Nadirov (hər ikisi “Qarabağ”), Daniel Axtyamov (“Simurq”)

Ehtiyat heyət: Elçin Sadıqov (“Neftçi”), Usim Nduka (“Olimpik-Şüvəlan”), Sergey Sokolov (“Simurq”), Əfran İsmayılov (“Qarabağ”), Şəhriyar Rəhimov (“İnter”), Bəxtiyar Soltanov (“Bakı”).
0