Böyükağa Hacıyevə “Turan” damğası
09.11.2009 - 18:17
Böyükağa Hacıyevə “Turan” damğası
Ölkə çempionatının X turunda Tovuzun “Turan” klubu Böyükağa Hacıyevin məşqçilik karyerasına öz damğasını vurdu. Apasport.az saytının hesablamalarına görə, yaxınlarda Sumqayıtın “Standard” komandasının baş məşqçisi təyin edilən 51 yaşlı çalışdırıcı milli çempionatımız tarixində ilk böyük hesablı məğlubiyyətini tovuzlulardan aldı – 0:3.

Hərçənd, məhz “Turan” Hacıyev və “Standard” üçün cari mövsümdə ən uğurlu rəqib olmuşdu. Belə ki, Sumqayıt təmsilçisi və onun yeni çalışdırıcısı ilk qələbəsini “Turan” üzərində qazanmışdı. Ancaq qərblilər Azərbaycan kubokunun 1/8 final mərhələsində Sumqayıtda 1:3 hesablı məğlubiyyətin əvəzini həmin görüşdən cəmi 4 gün sonra evdə çıxa bildi. “Standard”a çempionatda qol vuran “Turan”ın futbolçularından Samir Musayev vaxtilə “Bakı”da Hacıyevin rəhbərliyi altında oynayıb.

Hacıyevin “Bakı”nı çalışdırdığı zaman “Turan”la oyunları uğurlu alınmışdı. Özü də tovuzlular bu üç görüşdə qol da vura bilməyiblər. 2005/06 mövsümünün sonuna 8 tur qalmış “Bakı”nın sükanı arxasına keçən Hacıyev gözlənilməz çempionluğa doğru yolda “Turan”ı da üstələmişdi. “Zolaqlılar”ın sükanı arxasında olduğu il yarımda çempionluqla yanaşı, bürünc medal qazanan məşqçi heç bir görüşdə böyük hesabla uduzmadı. Yəni bura ölkə kuboku, “Birlik kuboku”, avrokuboklar – Çempionlar Liqası və İntertoto kubokunun oyunları da aiddir. Hacıyev “Standard”ı da nəzərə alsaq, milli çempionatda baş məşqçi ilk böyük hesablı məğlubiyyətini 38-ci görüşündə aldı.

Vaxtilə milli komandamızda da işləmiş Hacıyevin ölkə çempionatında baş məşqçi kimi ilk klubu Naxçıvan “Araz”ı olub. Ancaq onun “Araz”da çalışdığı dövr 2001/02 mövsümünə aiddir ki, həmin çempionat sona kimi başa çatdırılmayıb. UEFA AFFA və klublar arasında yaranan münaqişə üzündən yarımçıq dayandırılan həmin mövsümün nəticələrini tanımayıb. Buna görə də 11-ci milli çempionatımızın nəticələri statistikada nəzərə alınmır.

Böyükağa Hacıyevin milli çempionatımızda keçirdiyi oyunlar

“Bakı”nın baş məşqçisi kimi
2005/06 mövsümü

“Bakı” – MOİK – 3:0
“Gəncə” – “Bakı” – 0:2
“Bakı” – “MKT-Araz” – 3:0
“Gənclərbiliyi” – “Bakı” – 0:2
“Bakı” – “Turan” – 1:0
“Neftçi” – “Bakı” – 0:1
“Bakı” – “Olimpik” – 2:0
“İnter” – “Bakı” – 0:1

2006/07 mövsümü
“Bakı” – “Olimpik” – 1:0
“Turan” – “Bakı” – 0:1
“Bakı” – “Gənclərbirliyi” – 3:0
“Xəzər-Lənkəran” – “Bakı” – 1:0
“Bakı” – “İnter” – 2:0
“MKT-Araz” – “Bakı” – 2:0
“Bakı” – “Qarabağ” – 0:0
“Şahdağ” – “Bakı” – 0:0
“Bakı” – “Gilan” – 1:0
“Bakı” – “Neftçi” – 0:1
“Simurq” – “Bakı” – 0:0
“Bakı” – “Karvan” – 2:0
“Olimpik” – “Bakı” – 0:0
“Bakı” – “Turan” – 2:0
“Gənclərbirliyi” – “Bakı” – 0:1
“Bakı” – “Xəzər-Lənkəran” – 0:0
“Qarabağ” – “Bakı” – 1:1
“Bakı” – “Şahdağ” – 3:1
“Gilan” – “Bakı” – 0:1
“İnter” – “Bakı” – 0:1
“Neftçi” – “Bakı” – 1:0
“Bakı” – “MKT-Araz” – 1:0
“Bakı” – “Simurq” – 3:2
“Karvan” – “Bakı” – 1:2

2007/08 mövsümü
“Bakı” – “Gənclərbirliyi” – 3:1
“Qəbələ” – “Bakı” – 2:0
“Bakı” – “İnter” – 0:0
“Standard” – “Bakı” – 1:1

“Standard”ın baş məşqçisi
2009/10 mövsümü

“Standard” – “Olimpik-Şüvəlan” – 0:1
“Turan” – “Standard” – 3:0