“Neftçi” Belarusda yoldaşlıq oyunu keçirəcək
12.11.2009 - 11:57
“Neftçi” Belarusda yoldaşlıq oyunu keçirəcək
Bakının “Neftçi” klubu Belarusda toplanış keçirir. Apasport.az saytının məlumatıma görə, futzal üzrə ölkə çempionatında yaranan fasilədən yararlanan komanda rəhbərliyi hazırlıq məqsədilə ölkə xaricinə üz tutmağı məqsədəuyğun sayıb.

“Stayka” kompleksində məskunlaşan “Neftçi” Belarusda yoldaşlıq oyunu da keçirmək niyyətindədir. Klub rəsmisi Altay Eyyubov seçimin təsadüfi olmadığını bildirib: “Ötən il də təlim-məşq toplanışını burada keçirmişdik. Qidalanma, məşq zalları – bir spzlə hər şərait xoşumuza gəldi. Ona görə yenidən bura gəlməyə qərar verdik”.

“Neftçi”nin baş məşqçisi Hacıbala Abdullayaev də toplanışdan razıdır: “Belarusda futbol inkişaf etməkdədir. Biz də bu ölkəyə ona görə gəlmişik ki, fiziki hazırlığın üzərində çalışaq”.

Qeyd edək ki, Belarusa çatan təmsilçimiz qidalanma ilə bağlı dəyişikliyi zəruri hesab edib. Onlar donuz ətindən hazırlanan bütün yeməklər menyudan çıxarılmasını istəyib.