Enke ilə birgə olan son azərbaycanlı danışdı
12.11.2009 - 12:40
“Robert Enkenin ölümünə çox təəssüfləndim. Hər halda, tanınmış qapıçı idi, Almaniya yığmasının formasını geyinirdi. Onun gənc yaşında faciəvi şəkildə dünyasını dəyişməsi mənə çox pis təsir etdi”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının qapıçısı Səlahət Ağayev deyib.
Məlum olduğu kimi, 18 yaşlı futbolçu sentyabrın 21-dən 29-dək Almaniyada “Hannover-96” klubunun düşərgəsində məşq edib. İki gün öncə özünü qatarın altına ataraq intihar edən Robert Enke də bu komandanın şərəfini qoruyurdu. Uzun müddət xəstə olan Enkenin Ağayevin Almaniyaya səfərinədək sağalacağı və həmyerlimizlə birgə hazırlıq keçəcəyi gözlənilirdi. Ancaq Səlahət bunun baş vermədiyini bildirib: “Mən “Hannover-96”da digər qapıçılarla məşq etdim ki, bunlardan biri Almaniya gənclər yığmasının üzvü Floriyan Flomlovits idi. Enke mənimlə birgə əsas komandanın məşqinə çıxmadı. O, klubun bazasına gəlib, trenajor zalında məşq edirdi. Enkenin vəziyyəti ilə maraqlandım. Mənə dedilər ki, hansısa virusa yoluxub, tam sağalmadığı üçün fərdi qaydada çalışır. Enke yığmamız haqda məlumatlı idi. Hər halda, Bakıdakı oyunda Almaniya milli komandasının qapısını qorumuşdu. Tale elə gətirdi ki, bu, Robertin yığmada keçirdiyi son oyun oldu”.
Ağayevin “Hannover-96”da hazırlıq keçməsi yığmamızın baş məşqçisi Berti Foqtsun təşəbbüsü və “İnter”in razılığına əsasən gerçəkləşib. Enkeni sonuncu dəfə görən azərbaycanlı futbolçu gələcəkdə yaxşı qapıçı kimi öz sözünü demək istəyir: “Gələcəkdə yenidən “Hannover-96”da, yaxud başqa xarici klubun düşərgəsində olacağım hələ dəqiq bilinmir. Bunu zaman göstərəcək. İnşallah, yaxşı qapıçı kimi öz sözümü deməyə çalışacağam. İndi milli komandamızın heyətində Birləşmiş Ərəb Əmirliklərinə təlim-məşq toplanışına yollanırıq. Baş məşqçi mənə şans verərsə, onun etimadını doğrultmağa səy göstərəcəyəm”.
Qeyd edək ki, Səlahət hələ debüt etmədiyi milli komandamıza Foqtsun dövründə cəlb olunub.

0
0