Ağasəlim Mircavadovu kim dayandıracaq?
12.11.2009 - 13:23
“Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov Azərbaycan kubokunda məğlubedilməzdir. Apasport.az saytının məlumatına görə, 62 yaşlı mütəxəssis üçüncü mövsümdür çalışdırdığı Lənkəran təmsilçisinin “sükanı arxasında” bu turnirdə uğurlu seriyanı davam etdirir.
Cənublular onun rəhbərliyi altında kubokda keçirdiyi 20 oyunun 17-də qalib gəlib. Qalan 3 görüşün birində heç-heçə edən lənkəranlılar ikisində uduzub. Mircavadovlu “Xəzər-Lənkəran” ölkə kubokunun 2006/07 mövsümündə evdə “Bakı”ya, növbəti mövsümdə səfərdə “Olimpik-Şüvəlan”a 0:1 hesabı ilə yenilib. Ancaq hər iki halda, digər oyunda 2:0 hesabı ilə qalib gələn “Xəzər-Lənkəran” mərhələ adlayıb.
“Ağ-yaşıllar” cari turnirdə Salyanın “Muğan” klubunu hər iki oyunda məğlub etməklə, (3:1 və 1:0) 1/4 finala çıxdı. “Xəzər-Lənkəran”ın beş illik tarixində həmişə buna nail olub. Ardıcıl 6-cı dəfə 1/4 finalda oynayacaq cənubluların budəfəki rəqibi ölkə kubokunun son sahibi Ağdamın “Qarabağ” klubudur.
Qeyd edək ki, Mircavadov ilk dəfə ölkə kubokunu 1993-cü məhz “Qarabağ”ın baş məşqçisi kimi qazanıb.

0
0