Futbolçunun içməsinə 40 şallaq - FOTO
12.11.2009 - 13:31
Nigeriya futbolunun ulduzlarından sayılan Stefen Vorqu qeyri-adi cəzaya məruz qalıb. Apasport.az saytının məlumatına görə, Sudan klubunda çıxış edən 19 yaşlı hücumçu şallaqla döyüləcək. Buna səbəb Vorqunun spirtli içki qəbul etməsidir.
Sudan müsəlman ölkəsi olduğundan, yerli qaydalara əsasən, spirtli içki qəbulu yasaqdır. Stefen 40 dəfə şallaq zərbəsi almaqla yanaşı, 100 dollar cərimələnib. Nigeriya yığmasının da şərəfini qoruyan bombardirin cəzası hələ həyata keçirilməyib. Çünki onun vəkili məhkəməyə apelyasiya şikayəti verib. Apelyasiya ərizəsi müsbət cavablandırılmasa, Vorqu 40 şallağa dözməli olacaq.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0