Samir Əliyev “Xəzər-Lənkəran”ın legionerinin cavabını necə verdi?
12.11.2009 - 14:41
Azərbaycan kubokunun bombardirlər yarışında dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, Samir Əliyev (“Neftçi”) son oyunlarda vuruğu qollarla “Xəzər-Lənkəran”ın braziliyalı futbolçusu Mario Souzaya çatıb.
Milli komandamızın sabiq hücumçusu “Neftçi” İSM ilə 1/8 final mərhələsinin hər iki görüşündə fərqlənməklə, vurduğu qolların sayını 3-ə çatdırdı. İlk oyunda dubl edən Samir cavab görüşündə vurduğu qolla son nöqtəni qoyub.
“Muğan”la ev oyununda het-trik edən Mario isə Salyandakı görüşdə meydanı qolsuz tərk etməklə, Əliyevin ona çatmasına imkan verdi. “Neftçi” İSM-in qapısına səfərdə də yol tapan “Neftçi”nin uruqvaylı hücumçusu Valter Quqlemon da vurduğu qolların sayını 2-yə çatdırdı və bombardirlər yarışında mövqeyini yaxşılaşdırdı.
Ölkə kubokunda birinci divizion təmsilçilərinin hamısı mübarizəni dayandırdığı üçün bombardirlər yarışında liderlər qrupunda yer alan “Bakılı”nın hücumçusu Fuad Əliyev də marafondan ayrıldı.
Azərbaycan kubokunun cari mövsümünü bombardirləri:
Mario Souza (“Xəzər-Lənkəran”) – 3
Samir Əliyev (“Neftçi”) - 3
Fuad Əliyev (“Bakılı”) - 3
Bronislav Çervenka (“İnter”) – 2
Valter Quqlemon (“Neftçi”) – 2
Anatoli Doroş (“Olimpik-Şüvəlan”) - 2
Feliks Felipe Almeyda (“Bakı”) – 2
Fərid Quliyev (“Standard”) - 2
Timur Dadaşov (MOİK) - 2
Fəxrəddin Mürvətov (“Anşad-Petrol”) - 2

0
0