Hertsoq Albaniya və Azərbaycan yığmalarını müqayisə etdi
12.11.2009 - 15:30
Hertsoq Albaniya və Azərbaycan yığmalarını müqayisə etdi
21 yaşadək futbolçulardan ibarət Avstriya milli komandasının baş məşqçisi Andreas Hertsoq Azərbaycan və Albaniya yığmalarını müqayisə edib. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də Tiranada Albaniya, 4 gün sonra öz meydanında millimizlə qarşılaşacaq avstriyalıların çalışdırıcısı ilk oyunun daha çətin olacağını düşünür.

Ötən ay Bakıda keçirilən qarşılaşmada qapıçımız Osman Umarovun yığmamızı “dəfn etməsi”nə kimi 0:1 hesabı ilə geridə olan və yalnız rusiyal legionerin “qəhrəmanlığı” sayəsində qalib gələn Hertsoq və yetirmələrinin “quyruğu qapı arasından çıxıb”.

Xatırladaq ki, həmin oyunun son dəqiqələrində heç nədən rəqibini vurmaqla meydandan qovulan və qapımıza penalti qazanan Osmanın meydanı tərk etməsindən sonra qonaqlar 2:1 hesabı ilə qalib gəlmişdi. Hertsoq həmin görüşün Albaniyadakından asan olduğunu düşünür: “İndi hər iki oyunu udmalıyıq ki, öz işimizi çətinə salmayaq. Bu oyunların hər ikisində 3 xal qazanmaq çətin vəzifədir. Çünki Albaniyadakı oyun çox ağır olacaq. Bu görüş hətta Azərbaycanda qalib gəldiyimiz qarşılaşmadan da çətin keçəcək”.