“Anşad-Petrol” ləğv olundu
12.11.2009 - 15:44
Neftçala futbolunu Azərbaycan çempionatında təmsil edən “Anşad-Petrol” klubunun məsələsi bu günlərdə həllini tapacaq. Bu haqda apasport.az saytına məlumat verən Peşəkar Futbol Liqasının Texniki-İdman Şöbəsinin müdiri Məlik Həsənovun sözlərinə görə, Neftçala komandasının daha bir oyunu təxirə salınıb.
Belə ki, klubun noyabrın 15-də doğma meydanda “Gəncə” ilə keçirilməsi nəzərdə tutulan qarşılaşma baş tutmayacaq. Sözügedən matç qeyri-müəyyən müddətədək təxirə salınıb. Bununla da, “Anşad-Petrol”un cari mövsümdə təxirə salınmış oyunlarının sayı 3-ə çatıb.
“Anşad-Petrol” klubunun vitse-prezidenti Vidadi Məmmədov isə apasport.az saytına açıqlamasında vəziyyətin qeyri-müəyyən olduğunu söyləyib. O, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə müraciət edəcəklərini və komandanın çempionatda yeni adla oynayacağını istisna etməyib: “Klubun təsisçisi olan “Anşad-Petrol” şirkəti artıq ləğv olunub. Neftçalada fəaliyyətə başlayan digər neft şirkəti isə sosial məsələlərə pul ayırmağı planlaşdırmır. Buna görə də vəziyyət qeyri-müəyyəndir. AFFA-dan və PFL-dən komandaya himayədar tapanadək bizə vaxt verməyi, oyunları təxirə salmağı xahiş etmişik. Dövlət Neft Şirkətinə müraciət ünvanlamağımız mümkündür. “Anşad-Petrol” şirkəti ləğv olunduğundan, çox güman ki, çempionatda yeni ad altında mübarizə aparacağıq”.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0