“Xəzər-Lənkəran” rəhbərliyi daha bir futbolçunu cəzalandırdı
12.11.2009 - 16:32
“Xəzər-Lənkəran” rəhbərliyi Rəşad Kərimovu əvəzedici komandaya göndərmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, məşqçilər korpusunun bu addımı atmasına 23 yaşlı yarımmüdafiəçinin intizamsızlığı səbəb olub.
Kərimovun qeyri-müəyyən müddətə əvəzedici komandaya keçirilməsini zəruri sayılıb. Əvvəllər də çıxış etdiyi “Xəzər Lənkəran”a yayda yenidən qayıdan futbolçu əsas heyətə düşməkdə çətinlik çəkirdi. Azərbaycan çempionatının arxada qalan 9 oyununda debüt imkanı tapmayan Rəşad cari mövsüm yalnız bir dəfə meydana çıxıb. Bu da ölkə kubokunun 1/8 final mərhələsində “Muğan”la ilk matçın son 10 dəqiqəsinə təsadüf edib.
Qeyd edək ki, Rəşad intizamsızlıq üzündən “Xəzər-Lənkəran”ın cəzalandırdığı ikinci futbolçudur. Bir müddət əvvəl türk futbolçu Fatih Sonkaya ümumiyyətlə klubdan uzaqlaşdırılmışdı.
Mənbə: www. lankaranfc.com

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0