Milli komandamızın qənimi İngiltərənin 6 klubunun hədəfində
16.11.2009 - 11:42
Milli komandamızın qənimi İngiltərənin 6 klubunun hədəfində
İngiltərənin nəhəng klubları “Mançester Yunayted”, “Çelsi”, “Arsenal” və “Liverpul” yeni hədəf uğrunda mübarizəyə başlayıb. Apasport.az saytının məlumatına görə, britaniyalılar ingilis futbolunun parlaq ulduzu Konnor Uikhemi sıralarına qatmaq üçün “müharibə”yə hazırlaşır.

Hazırda “İpsviç” klubunun şərəfini qoruyan 16 yaşlı hücumçunu gələn ilin yanvarında ələ keçirmək istəyən komandaların tələsməyində Konnorun Bakıdakı şousunun da rolu olub. O, ötən ay U-17-lər arasında Avropa çempionatının I seçmə mərhələsinin Bakıda keçirilən oyunlarında yığmamızın qəniminə çevrilib. Uikhem yığmamızla görüşün ilk hissəsində 3 qol vurmaqla, İngiltərənin 4:0 hesablı qələbəsində böyük töhfə verib. İngiltərənin Premyer Liqa təmsilçiləri futbolçunun nəhəng komandaya keçidi üçün artıq “yetişdiyini” düşünür. “Mançester Yunayted”, “Çelsi”, “Arsenal” və “Liverpul”la yanaşı, “Aston Villa“ və “Tottenhem” də Konnoru ələ keçirməyə çalışır.
0