Kamran Ağayev yığmadan kənarlaşdırıldı
16.11.2009 - 12:05
Kamran Ağayev yığmadan kənarlaşdırıldı
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev yığmanın düşərgəsini tərk edir. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən beynəlxalq turnirdə olan 23 yaşlı futbolçu bu gün Vətənə qayıdır. Buna səbəb Kamranın anasının vəfatının ildönümüdür. Ağayevə düşərgəni tərk etməyə icazə verən yığmamızın baş məşqçisi Berti Foqts BƏƏ-də keçirilən beynəlxalq turnirin III yer uğrunda Çexiya ilə matçında qapıda Fərhad Vəliyevə şans verəcək.

Xatırladaq ki, Kamran dünən İraqla (0:1) görüşdə 90 dəqiqə oynayıb.
0