“Neftçi” hara, Anqola hara?
16.11.2009 - 12:27
“Neftçi” hara, Anqola hara?
Bakının “Neftçi” klubunun estoniyalı müdafiəçiləri Albaniya yığmasını üstələ bilməyiblər. Apasport.az saytının məlumatına görə, Taavi Rahnla Dmitri Kruqlov albanlarla yoldaşlıq görüşündə Estoniya yığmasının əsas heyətində forma geyiniblər. Rahn fasilədən dərhal sonra əvəzləndiyi halda, Kruqlov 90 dəqiqə meydanda olub.

Estonların səylərinə baxmayaraq, Tallində keçirilən matç qolsuz bərabərliklə nəticələnib. Rahnla Kruqlovun ölkəmizdə çıxış edən yeganə albaniyalı futbolçu Admir Teli ilə görüşü isə baş tutmayıb. Buna səbəb Ağdamın “Qarabağ” klubunun müdafiəçisinin estonlarla oyuna çağırılmamasıdır

“Neftçi”nin legionerlərinin növbəti səfəri Afrikaya olacaq. Belə ki, Estoniya komandası dekabrın 30-da səfərdə Anqola yığması ilə yoldaşlıq görüşü keçirməyi planlaşdırıb.
0