Diniyev “Terek”də islahatlara başladı
16.11.2009 - 14:49
Diniyev “Terek”də islahatlara başladı
Azərbaycanlı mütəxəssis Şahin Diniyev baş məşqçi olduğu Qroznının “Terek” klubunda islahatlara start verib. Apasport.az saytının məlumatına görə, 43 yaşlı həmyerlimiz əvəzedici heyətdən 5 futbolçunu - İslam Tsuroyev, Anzor Tembulatov, Aslan Daşayev, Murad Tagilov və Ramzan Utsiyevi əsas komandaya cəlb edib. Bununla da, Diniyev rəhbərliyin, daha dəqiqi klubun və Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun qarşıya qoyduğu vəzifəni yerinə yetirib. Kadırov Qroznının gənc yetirmələrinin əsas komandada sayının çoxalması istəyirdi.

Hələ məşqçimiz “Terek”in əvəzedici heyətini çalışdırdığı vaxtda 3 oyunçu - Adlan Katsayev, Zaur Sadayev və Rizvan Utsiyev əsas komandaya getmişdi. Onlar mütəmadi olaraq, oynayırlar. Rizavdi Edilovla İsmayıl Ediyev isə əsas komanda ilə birgə məşq edir.

Rusiya Premyer Liqasında yaranan fasilədən istifadə edərək, qısa müddətə Vətənə gələn Diniyev qayıtdıqdan sonra futbolçuları Kislovodsk şəhərində bir araya gətirib. Komanda Premyer Liqanın XXIX turu çərçivəsində Krasnodarın “Kuban” klubu ilə ev oyununa hazırlığın son mərhələsini doğma şəhər stadionunda keçəcək. “Terek”in 3 futbolçusu istisna olmaqla, qalanları məşqçimizin sərəncamındadır. Milli komandalarının düşərgəsində olan müdafiəçilər slovakiyalı Radoslav Zabavnik ilə belaruslu Sergey Omelyançuk və bolqar yarımmüdafiəçi Blaqoy Georgiyev Diniyevin hazırlıq prosesindən kənarda qalıblar.
0