“Birləşmiş Ərəb Əmirliklərində komandamıza yaxşı yemək-içmək verirlər”
16.11.2009 - 15:04
“Birləşmiş Ərəb Əmirliklərində komandamıza yaxşı yemək-içmək verirlər”
“Adətən ekzotik ölkələrə yollanarkən, futbolçular mədə problemləri ilə üzləşirlər. Birləşmiş Ərəb Əmirlikləri də belə ölkələrdən olmasına baxmayaraq, problemdən danışmaq yersizdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiya milli komandasının həkimi Petr Kreyçi deyib.

BƏƏ-də keçirilən beynəlxalq turnirdə üçüncü yer uğrunda görüşdə noyabrın 18-də Azərbaycan yığması ilə qarşılaşacaq çexlərin həkimi ərəblərdən razılığını bildirib: “Xoşbəxtlikdən mən özüm heç vaxt belə problemlərlə üzləşməmişəm. Yığmanın məskunlaşdığı “Hilton” otelində hər şey yüksək səviyyədə təşkil olunub. Xüsusilə də mətbəx, yeyib-içməklə bağlı işlər qaydasındadır. Komandamıza bizim əvvəlcədən onlara göndərdiyimiz şərtlərə uyğun yeməklər verirlər. Bu məsələ o dərəcədə yaxşı tənzim olunub ki, heç mənim masanı yoxlamağıma ehtiyac qalmır”.
0