“Bakı”ya “qapazaltı” rəqib
17.11.2009 - 11:03
“Bakı”ya “qapazaltı” rəqib
Tacikistanı qarşıdakı “MDB və Baltikyanı ölkələrin Birlik kuboku” turnirində Azərbaycan klublarının “qapazaltısı” təmsil edəcək. Apasport.az saytının məlumatına görə, bu ölkənin son çempionu olan “Vaxş” klubu indiyə kimi “Birlik kuboku”nda daim komandalarımıza uduzub. Tacikistanın son illərdə dəyişməz çempionu, Moskva turnirində daha çox çıxış edən “Reqar-TadAZ” klubu bu dəfə gümüş medalla kifayətlənməli oldu. “Vaxş” isə tarixində üçüncü dəfə ölkə çempionluğunu qazandı. Kurqan-Tübe şəhərini təmsil edən komanda “Birlik kuboku” ilə yanaşı, gələn il Asiya Futbol Konfederasiyasının “Prezident Kuboku” turnirində də çıxış etmək hüququ qazanıb.

Qeyd edək ki, ölkəmizi gələn ilin yanvarın ikinci yarısında keçiriləcək “Birlik kuboku”nda son çempion “Bakı” klubu təmsil edəcək.
0