Çexlər üçün uğursuz gün
17.11.2009 - 12:04
Çexlər üçün uğursuz gün
Sabah Azərbaycan milli komandası ilə qarşılaşacaq Çexiya yığması üçün 18 noyabr tarixi uğursuzluqla əlamətdardır. Apasport.az saytının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərində keçirilən beynəlxalq turnirin III yer uğrunda oyununda futbolçularımıza rəqib olan çexlər indiyədək 18 noyabrda qələbə qazanmayıb. Tarixi 1994-cü ildən başlayan rəqibimiz bu 15 il ərzində yalnız 1 dəfə sabahkı tarixdə meydana çıxıb. Və futbolun yaradıcıları onları buna peşman edib. 1998-ci il noyabrın 18-də baş tutan yoldaşlıq görüşündə İngiltərə yığması çexləri iki cavabsız qolla məğlub edib.
Azərbaycan millisi isə indiyədək heç vaxt noyabrın 18-də meydana çıxamayıb.
0