“Neftçi İSM” klubunun ən böyük problemi
17.11.2009 - 13:31
“Neftçi İSM” klubunun ən böyük problemi
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az-ın assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, komitə üzvləri Azərbaycan kubokunun 1/8 final mərhələsinin cavab oyunları, həmçinin I divizionda baş verən neqativ hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.

“Bakılı” - “Bakı” matçında meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. “Karvan” - “İnter” matçının 72-ci dəqiqəsində meydandan qovulan Şəhriyar Rəhimov qonaqları azlıqda qoymaqla yanaşı, 1 oyunluq cəzalandırılıb və bakılıları 200 manat ziyana salıb. “Neftçi İSM” - “Neftçi” görüşündə yanğınsöndürən maşın olmadığından, meydan sahibi 100 manat cərimə ödəyəcək. “Qəbələ” - “Olimpik-Şüvəlan” oyununda isə meydan sahibləri cəzadan yaxa qurtara bilməyiblər. Onların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 1000, 80-ci dəqiqədə qırmızı vərəqə alan Milan Antiçə görə 200 manat ziyana düşüb. Legioner 1 oyunluq cəzaya da layiq görülüb.

I divizionun IX turunun “Bakılı” - “Göyəzən” matçının 75-ci dəqiqəsində qonaqların futbolçusu Elgün İsmayılov meydandan kənarlaşdırılıb ki, bu da ona 1 oyunluq diskvalifikasiya və 20 manata başa gəlib. “Energetik” – “Şahdağ” görüşündə 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar isə 100 manat xərcə düşüb. “Neftçi İSM” kubokda olduğu kimi, çempionatda da yanğınsöndürən maşın olmadığı üçün cərimə olunub. Onlar “ABN Bərdə” ilə matç üçün 100 manat ödəməlidir.
0