Yığmamız ilk xalın həsrətində
17.11.2009 - 13:47
Yığmamız ilk xalın həsrətində
21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının mübarizə apardığı X seçmə qrupda 2 qarşılaşma baş tutacaq. Final mərhələsinə vəsiqə iddiasında olan Belarus komandası bu gün Albaniyanın qonağı olacaq. Noyabrın 13-də albanlarla səfər qarşılaşmasında xal itirən (2:2) Avstriya yığması isə sabah liderliyi ələ keçirə bilər. Əgər milli komandamız sabah Andreas Hertsoqun yetirmələrinə uduzsa, avstriyalıların zirvəyə yüksəlmək arzuları gerçəkləşəcək. Bernard Lippertin rəhbərlik etdiyi kollektiv isə buna əngəl olmaqla, cari seçmə mərhələdə ilk xallarını qazanmaq istəyirlər.

Avstriya - Azərbaycan
Baş hakim: Aleksandr Qvardis
Hakim köməkçiləri: Vitali Drozdov, Mixail Yerovenko, Eduard Malıy (hamısı Rusiya)
UEFA nümayəndəsi: Velid İmanoviç (Bosniya və Herseqovina)
Hakim-inspektor: Rune Pedersen (Norveç)
18 noyabr. Viener-Neudorf. “Frants Fürst” stadionu. Saat 20:00

1

Şotlandiya

5

4

0

1

11-3

12

2

Avstriya

5

3

1

1

9-6

10

3

Belarus

4

3

0

1

9-6

9

4

Albaniya

6

1

1

4

8-15

4

5

Azərbaycan

4

0

0

4

3-10

0

0