Qol.az saytının 1 yaşı tamam oldu
17.11.2009 - 15:11
Qol.az saytının 1 yaşı tamam oldu
Bu gün qol.az saytının 1 yaşı tamam olub. 2008-ci il noyabrın 17-dən fəaliyyətə başlayan portal Azərbaycan və dünya futbolu haqda məlumatlar yayımlayır. Qol.az saytında eksklüziv xəbərlər, yerli, eləcə də əcnəbi futbolçular, məşqçilər, klub və yığma rəsmiləri ilə müsahibələr dərc olunur. Bundan başqa, bu saytın vasitəsilə önəmli turnirlərdən, ölkə çempionatının oyunlarından onlayn rejimdə reportajlar izləmək mümkündür. Tez-tez portalda fotosessiyalar və video görüntülər də yerləşdirilir.

Apasport.az saytının kollektivi qol.az saytının əməkdaşlarını 1 yaş münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayır!
0