“Neftçi”də yeni mətbuat katibi
17.11.2009 - 14:52
“Neftçi”də yeni mətbuat katibi
Bakının “Neftçi” klubunun mətbuat xidmətinə yeni rəhbər təyin olunub. Apasport.az saytının məlumatına görə, bu vəzifə Tural Piriyevə həvalə edilib. Bundan öncə flaqmanda tərcüməçi işləmiş Piriyev rus, türk, ingilis və ispan dillərini bilir. O, mətbuat xidmətinə rəhbərlik etməklə yanaşı, tərcüməçi işini də davam etdirəcək.

Qeyd edək ki, son 5 ildə “Neftçi”də mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlı işləyirdi. O, ötən ay klub rəhbərliyində baş verən dəyişiklikdən sonra vəzifəsindən azad edilib.
0