10 avro ver, Azərbaycan yığmasının oyununa bax
17.11.2009 - 15:40
10 avro ver, Azərbaycan yığmasının oyununa bax
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının növbəti oyununun biletlərinin qiyməti məlum olub. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin rəhbərlik etdiyi kollektivin Avropa çempionatının seçmə mərhələsində Avstriya yığması ilə görüşünü izləmək istəyənlər 10 avro (təxminən 12 manat) xərcləməlidirlər. Bu matç sabah Viener-Neudorf şəhərinin “Frants Fürst” stadionunda baş tutacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:00-da çalınacaq.

Qeyd edək ki, Avstriya milli komandasından fərqli, yığmamızın ev oyunlarına giriş adətən pulsuz olur.
0