Fabio Luis Ramim: Məğlubiyyəti unudub, Çexiyaya qalib gəlmək istəyirik
17.11.2009 - 16:37
Fabio Luis Ramim: Məğlubiyyəti unudub, Çexiyaya qalib gəlmək istəyirik
“Komandanın düşərgəsində hər şey qaydasındadır. Lakin İraqa gözlənilməz məğlubiyyətə uğradığımızdan bir qədər məyusuq. Halbuki həmin oyunda qalib gəlməli idik”. Bu sözləri apasport.az saytının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Ayn şəhərinə ezam olunmuş xüsusi müxbirinə açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Fabio Luis Ramim deyib.

“Bakı” klubunun da şərəfini qoruyan braziliyalı yarımmüdafiəçi BƏƏ-də keçirilən beynəlxalq turnir haqqında fikirlərini bölüşüb. O, sabah yarışın 3-cü yeri uğrunda görüşdə Çexiyaya qalib gəlmək istədiklərini gizlətməyib: “Heyətimiz peşəkar futbolçulardan ibarətdir. Ona görə də, İraqa məğlubiyyəti unudub, Çexiyaya qalib gəlmək istəyirik. Düzdür, hava bir qədər istidir. Bütün bunlara baxmayaraq, öz oyunumuzu nümayiş etdirərək, qələbə qazanmağa çalışacağıq”.
0