“İraqla oyunda boğazımız quruyurdu, sabah isə lap pis olacaq”
17.11.2009 - 16:53
“İraqla oyunda boğazımız quruyurdu, sabah isə lap pis olacaq”
“Bizi ağır oyun gözləyir. Hətta çexlərin əsas oyunçularının turnirə gəlməmələrinə baxmayaraq, qarşılaşma çətin olacaq. Çexiya çox güclü komandadır. Amma biz qələbə qazanmağa çalışacağıq”. Bu sözləri apasport.az saytının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Ayn şəhərinə ezam olunmuş xüsusi müxbirinə açıqlamasında Azərbaycan futbol yığmasının üzvü Rəşad Sadiqov deyib.

BƏƏ-də 4 milli komandanın iştirakı ilə təşkil olunan beynəlxalq turnirdə yığmamızın şərəfini qoruyan 26 yaşlı dayaq yarımmüdafiəçisi hava şəraitindən gileylənib: “Hava çox istidir. Məşqdə və İraqla oyunda hiss edirdik ki, boğazımız quruyur. Sabah Çexiya ilə görüşdə lap ağır olacaq. Çünki çexlərlə matç birinci oyunla müqayisədə, 15 dəqiqə tez başlanacaq”
0