AFFA prezidenti Yozef Blatterlə görüşüb
17.11.2009 - 18:05
AFFA prezidenti Yozef Blatterlə görüşüb
FİFA-nın prezidenti Yozef Blatterlə onun AFFA-dakı həmkarı Rövnəq Abdullayev arasında görüş keçirilib. Apasport.az-ın milli assosiasiyamızın rəsmi saytına istinadən məlumatına görə, görüş İsveçrənin Sürix şəhərində baş tutub. Bakı vaxtı ilə saat 15:00-da başlayan tədbir FİFA-nın mənzil qərargahında gerçəkləşib. Görüşdə FİFA-nın baş katibi Jerom Valk, qurumun Milli Assosiasiyalar və İnkişaf Departamentinin rəisi Tyerri Reqenass və Avropada futbolun inkişafı üzrə meneceri Yeva Paskue də iştirak edib. Mərasimdə ölkəmizi AFFA prezidenti ilə yanaşı, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov da təmsil edib. Görüş zamanı FİFA rəsmilərinə AFFA-nın 2009-cu ildə gördüyü işlər barədə məlumat verilib və Azərbaycan futbolunun inkişafı ilə bağlı yeni layihələr müzakirə olunub.
0