Mübariz Mənsimov qələbə üçün 200 min avro ayırdı
17.11.2009 - 22:28
Azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyənin “Beşiktaş” komandasının futbolçularına yeni mükafat ayırıb. Lent.az-ın “Ajansspor”a istinadən verdiyi məlumata görə, “Palmali” Şirkətlər Qrupunun rəhbəri “Beşiktaş”ın “Fənərbağça” üzərində qalib gələcəyi təqdirdə komandaya 500 min lirə (təqribən 200 min avro) mükafat verəcək.
Əslində, Mənsimov bu məbləği “qartallar”ın noyabrın 3-də öz meydançasında Almaniyanın “Volfsburq” klubu ilə keçirdiyi Çempionlar Liqası matçında qələbə üçün ayırıb. Lakin həmin qarşılaşmada Türkiyə çempionu 0:3 hesabı ilə uduzduğundan, həmyerlimizin pulu cibində qalıb. Amma indi o, pulunu “Beşiktaş”ın “Fənərbağça” üzərində qələbəsi üçün xərcləmək niyyətindədir.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0